Avropa çempionatı başladı
05.12.2012 - 07:15
Avropa çempionatı başladı
Serbiyada qadın Həndbolçuları arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, turnirdə 4 qrupda 16 komanda mübarizə aparır. İlk oyun günündə isə azarkeşlər 4 qarşılaşmaya şahidlik edib. Çexiya millisi Ukraynanı, Fransa Makedoniyanı, İspaniya Almaniyanı və Monteneqro İslandiyanı məğlub etməyi bacarıb.

Qeyd edək ki, Avropa çempionatına dekabrın 16-da yekun vurulacaq.

A qrupu
Ukrayna - Çexiya - 22:25

B qrupu
Fransa - Makedoniya - 29:25

C qrupu
İspaniya - Almaniya - 23:20

D qrupu
Monteneqro - İslandiya - 26:16