“Tauron” qalib gəldi, növbə “Azərreyl”indir
05.12.2012 - 09:57
“Tauron” qalib gəldi, növbə “Azərreyl”indir
Qadın voleybolçular arasında Çempionlar Liqası qrup mərhələsinin V turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə “Azərreyl”in rəqiblərindən “Tauron” (Polşa) “Dresdner”i (Almaniya) qəbul edib.

Matç ev sahiblərinin darmadağını ilə yekunlaşıb – 3:0 (27:25, 25:17, 25:23). “Quru hesablı” qələbə sayəsində polşalılar “Azərreyl”lə xal fərqini 1-ə endirərək, mərhələ adlamaq şanslarını son tura kimi saxlayıblar. Lakin bu o halda reallaşacaq ki, “Azərreyl” bu gün özü üçün pley-offa vəsiqəni təmin edən “Əczaçıbaşı” ilə matçda xal itirsin.

Əczaçıbaşı

4

4

0

12-3

357-300

11

Azərreyl

4

2

2

8-8

348-322

7

Tauron

5

2

3

10-11

445-459

6

Dresdner

5

1

4

6-14

400-469

3