“Azərreyl” yenə uduzdu - YENİLƏNİB
05.12.2012 - 19:57
“Azərreyl” yenə uduzdu - YENİLƏNİB
“Azərreyl” bu gün Çempionlar Liqasında vacib oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Alessandro Çiappinin yetirmələri Bakıda Türkiyənin “Əczaçıbaşı” klubunu qəbul edib.

Oyunun ilk dəqiqələrində üstünlük qonaqların tərəfində olsa da. Təmsilçimiz ilk setdə hesabı bərabərləşdirərək sonda əzmkar qələbə qazanıb – 25:23. Oxşar ssenari 2-ci setdə də yaşanıb. Lakin bu dəfə hesabda tarazlıq yaratdıqdan sonra “Azərreyl” uğurun davamını gətirə bilməyərək seti uduzub – 21:25.

Qonaqlar 4-cü setdə də təmsilçimizə şans verməyərək Bakıdan 3 xalla ayrılıblar – 1:3. Bununla da rəqib komanda qrup birinciliyini təmin edib. İlk oyunda olduğu kimi yenə türkiyəlilərə uduzan “Azərreyl”in taleyinə son turda aydınlıq gələcək.

Təmsilçimiz həlledici görüş üçün Almaniyaya səfər edəcək. Burada “Dresdner”lə görüşdə itiriləcək xal pley-off arzumuzun üstündən xətt çəkə bilər. Təbii ki, bu da “Tauron” (Polşa) Türkiyədə “Əczaçıbaşı”ya qalıb gələcəyi halda olacaq. Taleyi öz əlində olan bakılılar qalib gəlməklə digər oyunun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaq.


D qrupu
5 dekabr

“Azərreyl” (Azərbaycan) – “Əczaçıbaşı” (Türkiyə) - 1:3 (25:23, 21:25, 16:25, 21:25)
Hakimlər: Borislav Pobornikov (Bolqarıstan), Karin Zaharçova (Çexiya)
Bakı, Voleybol Mərkəzi

Əczaçıbaşı

5

5

0

15-4

455-383

14

Azərreyl

5

2

3

9-11

433-420

7

Tauron

5

2

3

10-11

445-459

6

Dresdner

5

1

4

6-14

400-469

3