Türkiyə yığması baş məşqçisi ilə vidalaşdı - FOTO
05.12.2012 - 10:38
Türkiyə yığması baş məşqçisi ilə vidalaşdı - FOTO
Qadın voleybolçulardan ibarət Türkiyə millisi baş məşqçi Marko Aurelio Motta ilə yollarını ayırmağa qərar verib. Apasport.az saytının məlumatına görə, yerli federasiya 2010-cu ilin sonundan “ay-ulduzlular”ı çalışdıran braziliyalı mütəxəssislə yeni müqavilə bağlamaqdan imtina edib.

Türkiyə millisini tarixində ilk dəfə Olimpiadaya daşıyan mütəxəssis Azərbaycan fanatları üçün də yad deyil. Onun rəhbərlik etdiyi komanda millimizə də Avropa çempionatının final mərhələsində gücünü göstərmişdi (3:1).