Polşalılar qrupda rəqabəti artırdı
05.12.2012 - 12:11
Polşalılar qrupda rəqabəti artırdı
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Lokomotiv”in yer aldığı F qrupunda da 1 qarşılaşma keçirilib.

Belə ki, Polşanın “Bank Fakro” klubu Serbiya “Srvena Zvezda”sını qonağı olub. Görüş birincilərin 3:0 (25:19, 25:17, 25:20) hesablı qələbəsi ilə başa çatıb. Nəticədə polşalılar “Lokomotiv”in sabah oynayacağı “Dinamo” (Moskva) ilə xallarını bərabərləşdiriblər. Bakı təmsilçisi evdə olduğu kimi səfərdə də qalib gələrsə, ikinci yerin sahibi məhz həmin klubların öz oyununda müəyyənləşəcək.

Lokomotiv

4

4

0

12-5

381-319

10

Dinamo

4

3

1

9-7

357-326

8

Bank Fakro

5

2

3

11-9

426-401

8

Srvena Zvezda

5

0

5

4-15

342-460

1