“Lokomotiv” pley-offda
06.12.2012 - 21:27
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının V turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə “Lokomotiv” Moskva “Dinamo”sunun qonağı olub.
Görüş təmsilçimiz üçün yaxşı başlasa da, sonda rəqib qələbəyə sevinib. Lakin Bakıda 1:3 hesabı ilə uduzan rusiyalılar doğma divarlar arasında bunun revanşını 3:2 hesabı ilə alıblar. Bu isə hər 2 komandaya sərf edib.
Belə ki, komandamız ilk 2 setdə “Rabitə”nin sabiq ulduzu Nataşa Osmokroviçin də heyətində yer aldığı “Dinamo”ya çətin anlar yaşadıb. Amma 0:2 hesablı məğlubiyyət rəqibi “yuxudan” ayıldıb. Nəticədə onlar ardıcıl 3 seti aktivlərinə yazaraq, matçın yekun nəticəsini müəyyənləşdiriblər.
Məğlubiyyətə baxmayaraq, “Lokomotiv” qazandığı 1 xal sayəsində “Rabitə”nin ardından pley-offa yüksəlib. Onların sonuncu turda “Srvena Zvezda”ya qalib gələrək, Çempionlar Liqasında debüt ilindəcə qrup mərhələsini birinci yerdə başa vurması gözləniləndir.
F qrupu
6 dekabr
“Dinamo” (Rusiya, Moskva) - “Lokomotiv” (Azərbaycan) - 3:2 (22:25, 21:25, 25:14, 25:22, 15:12)
Hakimlər: Vittorio Sampaolo (İtaliya), Kari Partiaynen (Finlandiya)
Moskva, “Drujba” İdman sarayı
Qeyd edək ki, qrupumuzda ikinci yerin sahibi son turda “Bank Fakro” – “Dinamo” matçında müəyyənləşəcək.

Lokomotiv | 5 | 4 | 1 | 14-8 | 479-427 | 11 |
Dinamo | 5 | 4 | 1 | 12-9 | 465-427 | 10 |
Bank Fakro | 5 | 2 | 3 | 11-9 | 426-401 | 8 |
Srvena Zvezda | 5 | 0 | 5 | 4-15 | 342-460 | 1 |

0
0