Neslihan Darnel: Bakıda necə oynadığımı bir daha göstərdim
06.12.2012 - 09:58
Neslihan Darnel: Bakıda necə oynadığımı bir daha göstərdim
“Azərreyl”in Çempionlar Liqasında “Əczaçıbaşı”ya uduzduğu qarşılaşmada ən çox xal toplayan voleybolçuların adları məlum olub. Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisinin Bakıda 3:1 hesabı ilə qalib gəldiyi görüşün taleyini 5 oyunçu həll edib.

Belə ki, Neslihan Darnel yenə də bütün rəqiblərinə hələ gücünün tükənmədiyini göstərib. O, topladığı 27 xalla matçın bombardiri olub. “Əczaçıbaşı”nın digər oyunçularından Lyubov Şaşkova ilə Maya Polyak hərəyə 17, Senna Usiç 16 və Büsra Cansu 7 xal yığıblar.

Onlardan fərqli, “Azərreyl”in 8 voleybolçusu komandasına kömək etsə də, məğlubiyyətdən qaçmasına yardımçı ola bilməyiblər. Alessandro Çiappininin yetirmələrindən Meqan Hodj 15, Manon Flierlə Karolina Vensink hərəyə 13, Debbi Stam 7, Sara Anzanello 6, Tina Lipiçer 3, Ülkər Kərimova və Ana Qrbaç hərəyə 1 xal qazanıblar.