Covanni Kaprara “Rabitə”yə məğlubiyyətin səbəblərini açıqladı
06.12.2012 - 10:34
 Covanni Kaprara “Rabitə”yə məğlubiyyətin səbəblərini açıqladı
“Top qəbulunda həddən artıq səhvlərə yol verdik və bu da bizi oyundan ayırdı”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Villa Kortese” klubunun baş məşqçisi Covanni Kaprara deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasında “Rabitə”yə 1:3 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Elə vaxt olur ki, zəif çıxış edib, motivasiyanı itirmirsən. Amma xal qazana bilməyəndə daha pis olur. “Rabitə” ilə matçda blokumuz pis təsir bağışlamadı. Bəzi epizodlarda rəqibdən üstün də olduq. Lakin bu yalnız ani anlarda baş verirdi. Ümumilikdə götürəndə isə ilk qarşılaşma ilə müqayisədə irəli addım atıb, oyun planında daha yaxşı təsir bağışladıq. Bu isə məni qane etmir. Mən bundan artığını gözləyirdim”.