“Azərreyl”: “Rabitə”, məni də apar!
06.12.2012 - 13:41
Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqasında pley-off mərhələsində daha 2 potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun ikinci oyun günündən sonra “Yamamay” (İtaliya) və “Şveriner” (Almaniya) də növbəti mərhələyə vəsiqəni təmin edib.
Bununla, pley-offda mübarizəni davam etdirəcək 12 klubdan 7-sinin adına aydınlıq gəlib. Bunlar “Rabitə”, “Yamamay” və “Şveriner”lə yanaşı, “Vakıfbank”, “Qalatasaray”, “Əczaçıbaşı”, (hər üçü Türkiyə) və “Dinamo” (Rusiya, Kazan) komandalarıdır. Bu gün onlar Bakı “Lokomotiv”i də qoşula bilər. Bunun üçün təmsilçimizə Moskva “Dinamo”su ilə görüşdə 1 xal da kifayətdir. Bu reallaşmasa belə, VI turda “Srvena Zvezda” (Serbiya) ilə oyunda “dəmiryolçular”ın istəklərinin həyata keçməsi inandırıcıdır. Digər komandaların adların isə sonuncu turda bilinəcək.
“Azərreyl” də “Rabitə” və “Lokomotiv”dən geri qalmamaq üçün Almaniyanın “Dresdrer” klubu ilə görüşdən qələbə ilə ayrılmalı və ya “Tauron”un (Polşa) “Əczaçıbaşı” (Türkiyə) ilə qarşılaşmasında məğlubiyyətinə ümid etməlidir.

0
0