Yalnız “Rabitə”! - STATİSTİKA
06.12.2012 - 14:16
Yalnız “Rabitə”! - STATİSTİKA
Azərbaycan çempionu “Rabitə” voleybol tariximizdə daha bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi avrokuboklarda İtaliyadan qələbə ilə dönən ilk komandamız olub.

Marçello Abbondanzanın yetirmələri bunu Çempionlar Liqasının V turu çərçivəsində “Villa Kortese” ilə keçirilən qarşılaşmada gerçəkləşdirib. Meydan sahiblərini 3:1 (25:20, 25:13, 15:25, 20:25) hesabı ilə məğlub edən “Rabitə” təmsilçilərimizin Apennin yarımadasındakı uğursuzluğuna son qoyub.

Belə ki, dekabrın 5-də baş tutan qarşılaşmaya qədər Azərbaycan klubları İtaliyada 10 matça çıxıb, hamısında uduzmuşdular. İlk belə matç 22 il öncə baş tutmuşdu. Həmin vaxt “Peskopagano”ya məğlub olan BMKZ (Bakı Məişət Kondisionerləri Zavodu) uğursuz ənənənin təməlini qoymuşdu – 1:3.

İtaliyadakı ilk görüşdəki məğlubiyyətlə başlayan yenilgilər seriyası ərzində BMKZ daha 1 dəfə, “Azərreyl” 6, “Rabitə” və “İqtisadçı” hərəyə 1 dəfə İtaliyada məyus dönmüşdü. Özü də 10 məğlubiyyətdən yalnız birində komandalarımız görüşü tay-brekə daşıya bilmişdi. Buna da məhz “Rabitə” nail olmuşdu.

Apennin 2 set qazanan ilk klubumuz olan çempion buna ilk cəhddə nail olmuşdu. Artıq ikinci cəhdə isə təmsilçimiz İtaliyanı fəth də etdi.

Əvvəlki 10 oyundan fərqli bu dəfə komandamız ilk dəfə olaraq, İtaliyaya italiyalı baş məşqçinin rəhbərliyi ilə yollanmışdı. Apenninliləri məyus etməyi də məhz öz həmyerliləri – Abbondonza bacardı. Düzdür, ötən mövsüm “İqtisadçı” da italiyalı Emanuele Sbanunun rəhbərliyi altında bu ölkənin təmsilçisinə qarşı oynaya bilərdi. Lakin mütəxəssis “Yamamay”la oyun öncəsi istefaya göndərildiyi üçün vətəninə rəqib qismində yollanmaq qismət olmayıb.

Qeyd edək ki, “Rabitə” bundan öncə də voleybol tariximizdə bir sıra ilklərə imza atmışdı. Onlar klublararası dünya çempionatının qalibi, analoji yarışın 2 dəfə və Çempionlar Liqasının 1 dəfə finalçısı olmaqla heç bir Azərbaycan klubunun bacarmadığını gerçəkləşdirmişdi.


CEV kuboku, 1990/1991
1/8 final


1 dekabr (1990)
“Peskopagano” – BMKZ – 3:1 (15:9, 6:15, 15:13, 15:7)

CEV kuboku, 1991/1992
1/4 final


22 yanvar (1992)
Modena – BMKZ – 3:1 (15:8, 15:7, 12:15, 15:8)

Çempionlar Liqası, 2002/2003
Qrup mərhələsi


16 yanvar (2003)
Modena – Azərreyl – 3:0 (25:23, 25:21, 25:21)

Çempionlar Liqası, 2004/2005
Qrup mərhələsi


15 dekabr (2004)
Novara – Azərreyl – 3:0 (25:20, 25:22, 25:16)

Çempionlar Liqası, 2005/2006
Qrup mərhələsi


11 yanvar (2006)
Peruca – Azərreyl – 3:0 (29:27, 25:19, 25:20)

Pley-off mərhələsi
15 fevral (2006)

Foppapedretti – Azərreyl – 3:1 (21:25, 25:15, 25:13, 25:18)

Çempionlar Liqası, 2006/2007
Qrup mərhələsi


16 yanvar (2007)
Skavolini – Azərreyl – 3:1 (25:14, 25:21, 25:27, 25:14)

Pley-off mərhələsi
8 fevral (2007)

Foppapedretti – Azərreyl – 3:0 (25:17, 25:17, 25:16)

Çempionlar Liqası, 2010/2011
Qrup mərhələsi


6 yanvar (2011)
“Skavolini” (İtaliya) – “Rabitə” – 3:2 (20:25, 25:21, 25:19, 23:25, 15:6)

CEV kuboku
1/8 final


11 yanvar (2012)
“Yamamay” – “İqtisadçi” - 3:0 (26:24, 25:17, 27:25)

Çempionlar Liqası, 2012/2013
Qrup mərhələsi


5 dekabr (2012)
“Villa Kortese” - “Rabitə” - 1:3 (20:25, 13:25, 25:15, 20:25)

 

O

İtaliya

Azərbaycan

S

Çempionlar Liqası

8

7

1

25-7

CEV kuboku

3

3

0

9-2

Çelenc Cup

0

0

0

0-0

CƏMİ

11

10

1

34-9