Yığmamızın oyunçusu Koreyada 4-cü qələbəsini qazandı
06.12.2012 - 14:55
Yığmamızın oyunçusu Koreyada 4-cü qələbəsini qazandı
Qadın voleybolçular arasında Koreya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin voleybolçusu Yana Ağayevanın şərəfini qoruduğu “Hyundai” EX klubunu qəbul edib.

Təmsilçimizin komandası 8-ci matçında 4-cü qələbəsini qazanıb. Onlar ilk seti uduzsalar da, növbəti 3 hissəni aktivlərinə yazmaqda çətinlik çəkməyiblər – 3:1 (23:25, 25:19, 25:15, 25:21). Ağayeva isə oyunda 24 xal qazanıb.

Qeyd edək ki, hesabında 12 xalı olan və 4-cü yerdə qərarlaşan “Hyundai” IX turda lider İBK klubunun (20 xal) qonağı olacaq.