Yenə Havlikova
07.12.2012 - 09:55
Çempionlar Liqasının qrup mərhələsində “Dinamo” (Moskva, Rusiya) – “Lokomotiv” (Azərbaycan) matçının ən çox xal toplayan voleybolçuları məlum olub. Apasport.az saytının məlumatına görə, ev sahibləri 3:2 hesabı ilə qalib gəlsə də, bombardir adını Bakı təmsilçisinin oyunçusu Aneta Havlikova qazanıb.
Çexiyalı legionerimiz “dəmiryolçular”ın hesabına 27 top yazıb. Komandamızın üzvlərindən Tatyana Artmenko 13, Ju Kosta 12, Korina Suşke 11, Mixaela Monzoni 6, Diana Nenova 2 və Aleksandra Samaylova 1 dəqiq zərbəyə sevinib.
Rəqibin heyətində Natalya Obmoçayeva daha məhsuldar olub. O, 25 xala sevinib. “Dinamo”da oynayan “Rabitə”nin sabiq voleybolçusu Nataşa Osmokroviç isə “Lokomotiv”i 19 dəfə cəzalandırıb.
Qeyd edək ki, “Lokomotiv” qazandığı 1 xal hesabına pley-offa yüksəlib.

0
0