“Nəhayət ki, ən yaxşı oyunumuzu göstərdik”
07.12.2012 - 10:35
“Nəhayət ki, ən yaxşı oyunumuzu göstərdik”
“Matç bizim üçün çox çətin keçdi. Çünki bu sadəcə voleybol oyunu deyildi. Həm də psixoloji yanaşa idi”. Apasport.az saytının məlumatına görə, bunu “Dinamo”nun baş məşqçisi Svetlana İliç deyib.

O Çempionlar Liqasında “Lokomotiv”ə 3:2 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Biz oyuna köklənmişdik. Qələbə bizim üçün çox vacib idi ki, bunu da sonda qazana bildik. Nəhayət ki, ən yaxşı oyunumuzu göstərdik. Bunun üçün nəticədən razıyam”.

Qeyd edək ki, Moskvada baş tutan matçda “Lokomotiv” 2:0 hesabı ilə öndə olsa da, “Dinamo” yekunda 3:2 hesabı ilə qalib gəlib.