Aleksandr Çervyakov məğlubiyyətin sirrini açıqladı
07.12.2012 - 10:47
Aleksandr Çervyakov məğlubiyyətin sirrini açıqladı
“Komandam matça ciddi köklənmişdi. Biz səfərdə yaxşı oyun göstərmək istəyirdik. Lakin bu alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı-Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov deyib.

Yığmamızda da çalışan mütəxəssis CEV kubokunun 1/4 finalında “Omiçka”ya məğlubiyyətdən danışıb. O bildirib ki, 1:3 hesabı ilə uduzmalarında rəqibin oyunçularının təcrübəsi öz sözünü deyib: “Komandamın yeganə çatışmazlığı 4-cü setdə oldu. Çünki biz “Omiçka”nın hücumlarının qarşısını ala bilmədik. Heyətimizdə gənc və təcrübəsiz oyunçular üstünlük təşkil edir. Amma düşünürəm ki, matç yaxşı alındı”.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 13-də Bakıda olacaq.