“Bu əsl uğurdur”
07.12.2012 - 11:14
“Bu əsl uğurdur”
“Hər 2 komandanı yaxşı oyuna görə təbrik edirəm. Qələbə bizim üçün vacib idi. Çünki son 2 həftədə bu oyuna yaxşı hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Omiçka”nın baş məşqçisi Zoran Terziç deyib.

Serbiyalı mütəxəssis CEV kubokunun 1/4 final mərhələsində “Bakı-Azəryol”la ilk matçda qazandığı 3:1 hesablı qələbə barədə fikirlərini açıqlayıb: “Artıq Çelenc raunda yüksəlməyimiz üçün real şansımız var. Bu “Omuçka” üçün əsl uğurdur. CEV kubokunda ardıcıl 2 mərhələdir Azərbaycan klubuna qaşı oynayırıq. “İqtisadçı” sürətli voleybolu və yaxşı müdafiəsi ilə fərqlənirdi. “Bakı-Azəryol” isə “Omiçka”ya oxşar oyun nümayiş etdirib. Bunun üçün bizə bir qədər çətindir”.