Natalya Məmmədova: Bakıda “Qızıl set” istəmirik
07.12.2012 - 11:31
“Biz gənc komandaya qarşı oynayırdıq. Onlar bizə qalib gəlmək istəyirdilər və bunun üçün hər şey edirdilər. Amma bu onlarda alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Omiçka”nın şərəfini qoruyan Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova deyib.
Təcrübəli hücumçu CEV kubokunun 1/4 final mərhələsinin “Bakı-Azəryol”la ilk matçından sonra fikirlərini açıqlayıb: “Bizə doğma divarlar və azarkeş dəstəyi kömək oldu. Oyununun ikinci yarısında topu oyuna daha yaxşı daxil etdik, müdafiədə və blokda da inamlı oynadıq. Nəticədə rəqibin top qəbulunda oyunu pozuldu”.
Omskda setlərin hesabı bərabərləşdikdən (1:1) sonra möhtəşəm oyun nümayiş etdirən Rusiya klubu qazandığı qələbəni (3:1) dekabrın 13-də Bakıda da təkrarlamaq istəyir. Məmmədova bildirib ki, cavab görüşündə uduzaraq, “Qızıl set”ə ümid bağlamaq istəmirlər: “Növbəti həftə Bakıda “Qızıl set”dən qaçmaq istərdik. Əminəm ki, buna gücümüz də çatacaq”.

0
0