Argentinalı dünyanın ən yaxşı futbolçusudur
07.12.2012 - 21:35
Argentinalı dünyanın ən yaxşı futbolçusudur
“Messinin ilk oyununu çox yaxşı xatırlayıram. “Barselona”da o, birinci qolunu məhz mənim ötürməmdən sonra vurub. Məncə hazırda Leo, dünyanın ən yaxşı futbolçularından biridir və bu da məni çox sevindirir. Həmçinin mənim ürəyimdə Messinin ayrıca yeri var və o, belə olaraq da qalacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya mətbuatına “Atletiko Mineyro”nun yarımmüdafiəçisi, bir vaxtlar Katalon klubunda xariqələr yaradan Ronaldinyo açıqlayıb:

32 yaşlı futbolçu Messini Neymar və Ronaldo ilə müqayisə edilməsi ilə bağlı fikirlərini də bildirib.

“Neymar Cənubi Amerikanın ən yaxşı oyunçusudur. Kriştiano da bir çox rekordlar qırmış və çox önəmli futbolçulardan biridir. Amma buna baxmayaraq dünyanın ən yaxşı oyunçusu Messidir”

Qeyd edək ki, Ronaldinyo “Barselona”da 2005-2008-ci illərdə çıxış edib.