Bakıda uduzan məşqçi vəzifəsindən kənarlaşdırıldı
08.12.2012 - 10:11
Bakıda uduzan məşqçi vəzifəsindən kənarlaşdırıldı
Polşanın “Atom” klubunun baş məşqçisi Yeji Matlak vəzifəsindən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlində hazırda “Azərreyl”i çalışdıran Alessandro Çiappinini əvəzləyən mütəxəssisin işi rəhbərliyi qane etməyib.

Matlakın müqaviləsinə xitam verildikdən sonra onun yerinə müvəqqəti olaraq Adam Qrabovski təyin edilib.

Qeyd edək ki, Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alan “Atom” Bakı təmsilçisinə hər 2 qarşılaşmada uduzub.