Mira Qoluboviç: Planlarımıza xal itirmək daxil deyil
08.12.2012 - 11:29
“Qrupda lider olduğumuz üçün çox xoşbəxtəm. Biz bu uğurumuzu son oyunda da davam etdirməyi hədəfləmişik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Mira Qoluboviç deyib.
O Çempionlar Liqasının son turunda Çexiya “Agel”i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Yarışda maksimum xal qazanan (15) yeganə komandanın kapitanı bildirib ki, qələbə seriyasını sona kimi davam etdirməyi hədəfləyiblər: “Planlarımıza “Agel”lə oyunda da xal itirmək daxil deyil. Növbəti həftə onlara da qalib gələrək, yüksək əhval-ruhiyyədə mərhələ adlamaq istəyirik. İnanıram ki, bunu bacaracağıq”.
Qeyd edək ki, “Agel” – “Rabitə” oyunu dekabrın 11-də olacaq.

0
0