“Potensialımızı tam açmaq üçün zamana ehtiyacımız var”
08.12.2012 - 12:04
“Potensialımızı tam açmaq üçün zamana ehtiyacımız var”
“Biz oyundan-oyuna artırırıq və bu, məni çox sevindirir”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza deyib.

Çempionlar Liqasında 15 xal qazanmaqla rekord göstəriciyə imza atan Bakı təmsilçisinin çalışdırıcısı mövsümü uğurla başa vuracaqlarına inanır. Son turda evdə “Agel”i (Çexiya) qəbul edəcək Azərbaycan çempionu göstəricisini daha da artırmaq niyyətindədir. Abbondanza bildirib ki, hazırda əsas məqsədi “Rabitə”nin potensialını ortaya qoymaqdır: “Hədəflərimiz çox yüksəkdir. Bunun üçün komandam əla potensiala malikdir. Həmin potensialı tam açmaq üçün isə bir qədər zamana ehtiyacımız var”.

Qeyd edək ki, Abbondanza ötən mövsüm çalışdırdığı İtaliya “Villa Kortese”sini Çempionlar Liqasının “Dördlər finalı”na çıxarmağı bacarmışdı.