Rəqibimiz Bakıya səfər öncəsi liderliyini möhkəmlətdi
08.12.2012 - 12:33
Çempionlar Liqasında “Rabitə”nin rəqibi “Agel” Bakıya səfər öncəsi Çexiya çempionatında növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, onlar hesabat turunda “Brno”nu səfərdə darmadağın ediblər.
İlk setdə rəqibinə 25:16 hesabı ilə qalib gələn “Agel” ardınca 25:21 və 25:18 hesablı qələbəyə sevinib. Bundan sonra xalını 35-ə çatdıran komanda liderliyini davam etdirir. Onlar dekabrın 11-də “Rabitə” ilə görüşdən öncə hələ yerli çempionatda daha 1 matça çıxacaqlar. Çexiya təmsilçisi “Prerov”la qarşılaşacaq.
Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasında V turda maksimum – 15 xal toplasa da, “Agel” hələ qələbə qazana bilməyib.

0
0