“Rabitə”, “Lokomotiv” və “Azərreyl”in fərqi - SİYAHI
09.12.2012 - 11:00
Qadın voleybolçular arasında Çempionlar Liqasının V turdan sonra ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda “Rabitə”, “Lokomotiv” və “Azərreyl”lə təmsil olunan Azərbaycan klublarından hələlik ən yüksək göstəriciyə Katarjina Skorupa imza atıb.
Azərbaycan çempionunun şərəfini qoruyan toppaylayıcı rəqibləri arasında ilk “üçlük”dədir. Polşalı legionerimiz ötürmə faizinə görə Yevgeniya Startseva və Marina Akulovadan geri qalır.
“Lokomotiv”in hücumçusu Aneta Havlikova da onun kimi 3-cü ola bilərdi. Lakin rəqiblərindən 1 oyun az meydana çıxan təmsilçimiz bombardirlik yarışında 6-cı yerdə qərarlaşıb. Buna baxmayaraq, o faiz göstəricisinə görə yalnız Rosir Kalderon Diaz və Yekaterina Qamovadan geri qalır.
Siyahıda “Azərreyl”dən hələlik ən yaxşı göstərici kapitan Sara Anzanelloya məxsusdur. İtaliyalı voleybolçumuz blokçular arasında 4-cüdür.
Qeyd edək ki, ən yaxşı top qəbul edən oyunçular siyahısına başçılıq edən Regan Hud son mövsümdə “Bakı” ilə Super Liqanın bürünc medalını qazanıb.
Ən çox xal toplayan
Ən yaxşı blokçular
Ən yaxşı top qəbul edənlər
Topu oyuna ən yaxşı daxil edənlər
Ən yaxşı toppaylayıcılar

Klubu | Oyun sayı | Set sayı | Topladığı xal | |
---|---|---|---|---|
1. Rosir Karderon Dias | Qalatasaray | 5 | 22 | 118 |
2.Yekaterina Qamova | Dinamo (Kazan) | 5 | 17 | 108 |
3. Raçel Ruerke | Atom | 5 | 17 | 103 |
...6. Aneta Havlikova | Lokomotiv | 4 | 17 | 96 |
...10. Madeleyne Montano | Rabitə | 5 | 17 | 92 |
11. Meqan Hodj | Azərreyl | 5 | 20 | 84 |
Ən yaxşı blokçular
Klubu | Oyun sayı | Set sayı | Topladığı xal | |
---|---|---|---|---|
1. Velentina Arriqetti | Yamamay | 5 | 20 | 25 |
2. Alida-Karmen Markoviçi | Dinamo-Romprest | 5 | 21 | 24 |
3. Kristin Fürst | Vakıfbank | 5 | 19 | 22 |
4. Sara Anzanello | Azərreyl | 5 | 20 | 21 |
Ən yaxşı top qəbul edənlər
Klubu | Oyun sayı | Set sayı | Düzgün qəbul (faizlə) | |
---|---|---|---|---|
1. Regan Hud | Dinamo-Romprest | 5 | 21 | 56,33 |
2. Ana-Mariya Stefan | Dinamo-Romprest | 5 | 21 | 54,72 |
3. Dominika Valaçova | Dinamo-Romprest | 5 | 21 | 51,24 |
...11. Valeriya Korotenko | Azərreyl | 3 | 10 | 39,24 |
...13. Silviya Popoviç | Rabitə | 3 | 9 | 39,13 |
Topu oyuna ən yaxşı daxil edənlər
Klubu | Oyun sayı | Set sayı | Topladığı xal | |
---|---|---|---|---|
1. Denis Hanke | Şveriner | 5 | 20 | 19 |
2. Raçel Ruerke | Atom | 5 | 17 | 14 |
3. Neslihan Darnel | Əczaçıbaşı | 5 | 19 | 14 |
4. Nataşa Krsmanoviç | Rabitə | 4 | 15 | 12 |
...8. Manon Flier | Azərreyl | 5 | 20 | 10 |
Ən yaxşı toppaylayıcılar
Klubu | Oyun sayı | Set sayı | Əla ötürmə (faizlə) | |
---|---|---|---|---|
1. Yevgeniya Startseva | Dinamo (Kazan) | 5 | 17 | 46,58 |
2. Marina Akulova | Dinamo (Moskva) | 5 | 21 | 43,53 |
3. Katarjina Skorupa | Rabitə | 5 | 18 | 41,08 |
0
0