Şenes Erzik: Bu işdən vaz keçmək istəmirəm
08.12.2012 - 21:43
Şenes Erzik: Bu işdən vaz keçmək istəmirəm
“İşin bu yerə gəlməsinin səbəbkarı bizik. Əgər Olimpiya Oyunlarına namizətliyimizi verməsəydik, Avro-2020-yə ev sahiblik edərdik. Dünyada elə bir ölkə yoxdur ki, 2 böyük turnirə ev sahiblik etsin. Amma bilmirəm bunun sonu necə olacaq. Mənim buna qarşı çıxmağımda məqsəd isə bu işdən vaz keçməyəcəyimizi bildirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA-nin vitse-prezidenti Şenes Erzik deyib.

Qeyd edək ki, UEFA-nin prezidenti Mişel Platini ötən gün Avro-2020-ni müxtəlif şəhərlərdə keçirilməsi fikrini irəli sürmüşdür. Buna isə 53 ölkə arasında yalnız Türkiyə səs verməmişdir.