Falkao “Atletiko”nu “Real”a dəyişir?
09.12.2012 - 06:19
Falkao “Atletiko”nu “Real”a dəyişir?
“Atletiko”nun kolumbiyalı hücumçusu Radamel Falkao komandasından ayrılır. Apasport.az-ın Еlconfidencial.com saytına istinadən verdiyi məlumatına görə, futbolçu Madridin digər təmsilçisi “Real”ın formasını geyinməyə hazırlaşır.

Artıq kolumbiyalı forvard bu barədə komanda rəhbərliyinə də məlumat verib. Lakin transferin dəyəri barədə məlumat verilməyib. Xəbərdə o da göstərilir ki, Falkao “Atletiko”nu mövsümün sonunda tərk edəcək.

Belə ki, o, “Atletiko”nun heyətində Avroliqada meydana çıxdığı üçün Çempionlar Liqasında oynaya bilməz.

Qeyd edək ki, Radamel “Atletiko”da 13 matçdan 11 qola imza atıb.