Bakıda qalib gəlməyin cəzası
09.12.2012 - 10:11
Bakıda qalib gəlməyin cəzası
Çempionlar Liqasında “Azərreyl”in rəqibi “Əczaçıbaşı” Türkiyə çempionatında ilk məğlubiyyətinə üzülüb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Vakıfbank”la bacarmayıb.

Belə ki, ilk 2 setdə uduzan “Əczaçıbaşı” ardınca fərqi azaltsa da, növbəti hissədə yenə zəif olub – 1:3 (17:25, 21:25, 25:22, 19:25). Nəticədə VIII turda onlar liderliyi rəqiblərinə təhvil veriblər.

Qeyd edək ki, “Əczaçıbaşı” bu matçdan 3 gün öncə Bakıda “Azərreyl”ə qalib gəlib.