Rəqibimizdən növbəti qələbə
09.12.2012 - 11:24
Rəqibimizdən növbəti qələbə
Çexiyanın “Agel” klubu Bakıya səfər öncəsi ölkə çempionatında növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan komanda “Prerov”u məğlub edib.

Onlar rəqiblərinə cəmi 1 setdə güzəştə gediblər – 3:1 (25:16, 25:15, 20:25, 25:19). Bu qələbə “Agel”in turnir cədvəlində yerini daha da möhkəmlədib. Onlar 38 xalla ən yaxın izləyicisi “Praqa”nı 3 xal qabaqlayırlar.

Qeyd edək ki, “Agel” – “Rabitə” matçı dekabrın 11-də olacaq.