Bakı klubu üçün Altıparmaq gəlir
09.12.2012 - 12:40
Bakı klubu üçün Altıparmaq gəlir
Qadın voleybolçular arasında Çempionlar Liqasının VI turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası “Rabitə” (Azərbaycan) – “Agel” (Çexiya) matçında ədaləti qorumağı Gennadi Kondakovla (Ukrayna) Şlomo Brutmana (İsrail) həvalə edib.

Bakının digər təmsilçisi “Azərreyl”in Almaniya “Dresdner”i ilə səfər qarşılaşmasında əsas fit sahibi Hans Almkvist (İsveç) olacaq. Ona köməklik etmək Silvian Lunquya (Rumıniya) tapşırılıb.

Paytaxtımızda “Lokomotiv”in Serbiya “Srvena Zvezda”sı ilə görüşünə isə Andre Yunqenlə (Almaniya) Ersin Altıparmaq (Türkiyə) nəzarət edəcək.

Hər 3 oyun eyni gündə - dekabrın 11-də keçiriləcək.