“Bakıda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq” - FOTO
09.12.2012 - 14:44
“Bakıda bizi çətin oyun gözləyir. Rəqibimiz kifayət qədər güclüdür”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Agel” klubunun voleybolçusu Solanj Soares deyib.
Komandasının kapitanı Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Soares bildirib ki, görüş son tura təsadüf etdiyindən sona kimi mübarizə aparacaqlar: “İlk qarşılaşmanın 2 setində Bakı klubuna layiqli müqavimət göstərə bilmişdik. Dekabrın 11-də baş tutacaq oyunda da bunu bacaracağımıza inanıram. Hər top uğrunda mübarizə aparacağıq. Çalışacağıq ki, ən yaxşı oyunumuzu göstərək”.

0
0