Kolumbiya yığmasının oyunçusu Bakı klubuna lazım olmadı
10.12.2012 - 11:11
Kolumbiya yığmasının oyunçusu Bakı klubuna lazım olmadı
“İqtisadçı” az öncə heyətinə qatdığı Paola Ampudianı komandadan kənarlaşdırıb. Apasport.az saytının məlumatına görə, Kolumbiya millisinin oyunçusunun hazırlığı baş məşqçi Bülənt Karslıoğlunu razı salmayıb.

24 yaşlı voleybolçu həm də “İqtisadçı”nın oyun tərzinə uyğun gəlməyib. Bunun üçün Ampudia artıq Azərbaycandan ayrılıb. O ölkəmizə gələnə kimi oynadığı İtaliyaya deyil, Polşaya üz tutub. 185 sm boya malik voleybolçu “Lodz”un düşərgəsindədir və yeni müqaviləyə də imza atıb.

Qeyd edək ki, Bülənt Karslıoğlu bir qədər əvvəl braziliyalılar - Karol Qattazla Ana Tyeminin də formada olmadıqları üçün komandada yer almasını istəməmişdi.