“Rabitə”dən 1 set də olsa almağa çalışacağıq” – MÜSAHİBƏ
10.12.2012 - 13:19
Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” ilə qarşılaşacaq Çexiyanın “Agel” klubunun baş məşqçisi Miroslav Çad yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis qələbəyə ümid etmədiyini və Bakıya 1 set ardınca gələcəklərini açıqlayıb.
- Qrup mərhələsinin son turunda Bakıda “Rabitə”nin qonağı olacaqsız. Bu görüş barədə fikirləriniz maraqlıdır...
- Bizim borcumuz mübarizə aparmaqdır. Qrup qalibinə qarşı layiqli müqavimət göstərməliyik. Ən azı bir setdə onları məğlub etməyə çalışacağıq. İmkan olsa daha artığını edəcəyik.
- Azərbaycan çempionu ilə ev matçında bacarmadığınızı səfərdə reallaşdıracağınıza inanırsız?
- Düzdür, evdə bunu bacarmamışdıq. Amma qrupdakı son oyunda çalışacağıq ki, “Rabitə”dən 1 set alaq. İdmanda mümkünsüz heç nə yoxdur.
- Buna necə nail olmaq fikrindəsiz?
- Biz bu oyunda şansımızı gözləyəcəyik və zamanı çatanda bundan yararlanacağıq. Baxmayaraq ki, “Rabitə” kimi güclü komanda bütün setlərdə konsentrasiyanı qoruyub saxlayır.
- Meydan amili oyuna nə dərəcədə təsir edəcək?
- Bu oyunda hətta azarkeş dəstəyini saymasaq belə “Rabitə” kimi rəqiblə oynamaq çox çətin olacaqdı. Çünki Bakı klubunun ustalıq səviyyəsi çox yüksəkdir. Reallıq belədir və bunun üçün var qüvvəmizlə mübarizə aparmalıyıq.
- Qarşılaşmada nəyə ümid edirsiz?
- Təbii ki, mən komandamdan Bakıda da çox şey gözləyirəm. Söhbət heç də nəticədən getmir. Bəzən 0:3 hesablı məğlubiyyətdən sonra oyundan tam məmnun qalmaq olur.

0
0