“Azərreyl”lə oyunda azarkeşlərimizi sevindirmək istəyirik”
10.12.2012 - 14:24
“Azərreyl”lə oyunda azarkeşlərimizi sevindirmək istəyirik”
“Əla atmosfer yaratmaq və əsl döyüş üçün lazımı səviyyəmiz var”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Dresdner” klubunun baş məşqçisi Aleksandr Vaibl deyib.

Ötən həftə Çempionlar Liqasında “Tauron”a 0:3 hesabı ilə uduzmaqla mərhələ adlamaq şansını itirən komandanın çalışdırıcısı “Azərreyl”lə oyun öncəsi fikirlərini açıqlayıb. Viabl bildirib ki, Bakı təmsilçisinə ciddi müqavimət göstərəcəklər və yarışı yüksək əhval-ruhiyyədə bitirmək arzusundadırlar: “Bəli, biz pley-offa yüksəlmək şansımızı itirmişik. Amma bu oyunumuza heç bir təsir etməyəcək. “Azərreyl”lə oyunda azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, “Dresdner” – “Azərreyl” matçı sabah olacaq.