“Çempionlar Liqası ilə layiqli vidalaşmağı planlaşdırırıq” - FOTO
10.12.2012 - 14:59
“Mövsümün əvvəlində Azərbaycanda bu komanda ilə ilk oyunumuzu keçirmişdik. Səfərdə baş tutan həmin qarşılaşmada heç də pis təsir bağışlamamışdıq. Hərçənd həmin oyunda uduzmuşduq”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Dresdner” voleybol klubunun meneceri Sandra Tsimmerman deyib.
O Çempionlar Liqası qrup mərhələsinin son turunda “Azərreyl”lə oyun barədə danışıb: “Ötən həftə “Tauron”a 0:3 hesablı məğlubiyyətdən sonra komandamız çox məyusdur. Çünki biz gözlənilənlərdən aşağı səviyyədə çıxış etdik. Lakin hazırda Çempionlar Liqası ilə layiqli vidalaşmağı planlaşdırırıq”.
Qeyd edək ki, Bakıda “Dresdner”ə 3:1 hesabı ilə qalib gələn “Azərreyl” cavab matçına sabah çıxacaq.

0
0