“Rabitə” və “Lokomotiv”dən ayrılmamaq üçün
10.12.2012 - 16:22
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, VI turda pley-off mərhələsinə yüksələcək daha 4 komandanın adı bilinəcək.
Bu vəsiqələrdən birinə “Azərreyl” iddialıdır. Çünki hələ növbəti mərhələ arzusunu reallaşdıra bilməyən “dəmiryolçular” istəklərini Almaniyada gerçəkləşdirməyi planlaşdırırlar. Onlar bunun üçün “Dresdner”ə qalib gəlməlidirlər. Lakin komandamız uduzsa belə şansını itirməyəcək. Bu zaman onlar “Tauron”un (Polşa) Türkiyədə “Əczaçıbaşı”ya uduzmasını gözləyəcəklər.
“Azərreyl”dən fərqli, “Rabitə” və “Lokomotiv” artıq növbəti mərhələdədirlər. Lakin Azərbaycan çempionu Çexiya “Agel”i ilə görüşdə yeni tarix yazmağı hədəfləyib. Çempionlar Liqasında hələ 1 xal belə itirməyən yeganə komanda qrup mərhələsini 100 faizlik nəticə ilə bitirib, rekordunu yeniləmək iddiasındadır. Bunu isə sabah yalnız rəsmiləşdirmək qalıb. Çünki “Rabitə”nin “Agel”ə 1 set belə uduzması inandırıcı deyil.
Onlar kimi “Lokomotiv”in qalib gəlməsi çətin olmayacaq. Səfərdə məğlub etdiyi Serbiya “Srvena Zvezda”sı üzərində növbəti qələbə onların da qrup birinciliyini rəsmiləşdirəcək.
Qeyd edək ki, “Rabitə” və “Lokomotiv”lə yanaşı, “Yamamay” (İtaliya), “Şveriner” (Almaniya), “Vakıfbank”, “Qalatasaray”, “Əczaçıbaşı” (hər üçü Türkiyə) və “Dinamo” (Rusiya, Kazan) da artıq pley-offa yüksəlib.
Çempionlar Liqası
VI tur
11 dekabr
B qrupu
17:00. “Rabitə” (Azərbaycan) – “Agel” (Çexiya)
Hakimlər: Gennadi Kondakov (Ukrayna), Şlomo Brutman (İsrail)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi
D qrupu
22:00. “Dresdner” (Almaniya) - “Azərreyl” (Azərbaycan)
Hakimlər: Hans Almkvist, Silvian Lunqu (Rumıniya)
Drezdner, “Marqon Arena”
F qrupu
20:00. “Lokomotiv” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya)
Hakimlər: Andre Yunqen (Almaniya), Ersin Altıparmaq (Türkiyə)
Bakı, Voleybol Mərkəzi

Rabitə | 5 | 5 | 0 | 15-3 | 439-366 | 15 |
Villa Kortese | 5 | 3 | 2 | 11-8 | 430-416 | 9 |
Atom | 5 | 2 | 3 | 8-9 | 388-386 | 6 |
Agel | 5 | 0 | 5 | 1-15 | 310-399 | 0 |
D qrupu
22:00. “Dresdner” (Almaniya) - “Azərreyl” (Azərbaycan)
Hakimlər: Hans Almkvist, Silvian Lunqu (Rumıniya)
Drezdner, “Marqon Arena”
Əczaçıbaşı | 5 | 5 | 0 | 15-4 | 455-383 | 14 |
Azərreyl | 5 | 2 | 3 | 9-11 | 433-420 | 7 |
Tauron | 5 | 2 | 3 | 10-11 | 445-459 | 6 |
Dresdner | 5 | 1 | 4 | 6-14 | 400-469 | 3 |
F qrupu
20:00. “Lokomotiv” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya)
Hakimlər: Andre Yunqen (Almaniya), Ersin Altıparmaq (Türkiyə)
Bakı, Voleybol Mərkəzi
Lokomotiv | 5 | 4 | 1 | 14-8 | 479-427 | 11 |
Dinamo | 5 | 4 | 1 | 12-9 | 465-427 | 10 |
Bank Fakro | 5 | 2 | 3 | 11-9 | 426-401 | 8 |
Srvena Zvezda | 5 | 0 | 5 | 4-15 | 342-460 | 1 |
0
0