“Bakıda sürpriz etməyə çalışmalıyıq” - MÜSAHİBƏ
10.12.2012 - 17:01
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Rabitə”nin qonağı olacaq Çexiyanın “Agel” klubunun voleybolçusu Pavla Vinçourova yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı toppaylayıcı autsayderliklə barışdıqlarını etiraf etsə də, Bakıda sürpriz etmək istəklərini də gizlətməyib.
- Son həftələrin gərgin təqvimlə çıxış edirsiz. Bu sizdə yorğunluq yaratmır ki?
- Əlbəttə ki, müəyyən yorğunluq var. Lakin bundan bəhanə kimi istifadə edib, məğlubiyyətlərimizin səbəbi kimi göstərə bilmərik. Çünki əvvəlcədən təqvimin belə olduğunu bilirdik və qüvvəmizi buna uyğun bölüşdürməliydik.
- “Rabitə” ilə oyun öncəsi son 3 ildə şərəfini qoruduğunuz “Brno”ya qarşı oynadız...
- Yaxşı tanıdığım rəfiqələrimi yenidən görməyimə şad oldum. Bu matç mənə sevinc bəxş etdi.
- Sabiq komandanızın məğlubiyyətində pay sahibi olmağınızdan razı qaldız?
- Bəli.
- Çempionlar Liqasında ölkə çempionatı ilə müqayisədə uğursuz çıxış edirsiz. Bunun səbəbi nədir?
- Qrup mərhələsində 1 set udsaq da, əslində daha artığını bacara bilərdik. Ən azı 1 xal qazanmalı idik. Təəssüf ki, hesabımıza hələ xal yaza bilməmişik.
- Son matçda nəyə ümid edirsiz?
- Qrup autsayderliyi ilə barışmışıq. Artıq əlimizdən heç nə gəlmir. Yalnız Bakıda sürpriz etməyə çalışmalıyıq.
- Demək olarmı ki, Çempionlar Liqasında oynadığınız qrup daha güclüdür?
- Əlbəttə. Əvvəlki rəqiblərimizdən yalnız “Lokomotiv”i qeyd edə bilərəm. Bu dəfə “Rabitə” ilə yanaşı, “Villa Kortese” və “Atom” da güclü rəqiblərdir.

0
0