“Azərreyl”i növbəti mərhələyə türkiyəlilər çıxardı - YENİLƏNİB
11.12.2012 - 23:50
“Azərreyl”i növbəti mərhələyə türkiyəlilər çıxardı - YENİLƏNİB
“Azərreyl” bu gün yubiley oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi avrokubokda 100-cü matçını Almaniyada “Dresdner”ə qarşı keçirib.

Görüş “dəmiryolçular” üçün mühüm əhəmiyyət kəsb etsə də, oyun başlayana kimi təmsilçimizin pley-offa yüksəlməsi rəsmiləşib. Bu “Əczaçıbaşı”nın “Tauron”a 3:1 hesabı ilə qalib gəlməsi sayəsində reallaşıb.

Qarşılaşmaya gəlincə, “Azərreyl” yubiley matçında azarkeşlərini üzüb. İlk 2 setdə məğlubiyyətdən sonra fərqi azaltslar da, yekunda 1:3 hesabı ilə uduzublar.

Beləliklə, Çempionlar Liqasında mübarizə aparan 3 Azərbaycan klubu növbəti mərhələnin püşkünü gözləyir.


Çempionlar Liqası
VI tur


11 dekabr
D qrupu

“Dresdner” (Almaniya) - “Azərreyl” (Azərbaycan) - 3:1 (26:24, 25:23, 15:25, 25:22)
Hakimlər: Hans Almkvist, Silvian Lunqu (Rumıniya)
Drezdner, “Marqon Arena”

Əczaçıbaşı
6
6
0
18-5
555-475
17
Azərreyl
6
2
4
10-14
525-521
7
Tauron
6
2
4
11-14
537-559
6
Dresdner
6
2
4
9-15
491-563
6