Debütdə qrup qalibi - YENİLƏNİB
11.12.2012 - 21:23
Çempionlar Liqasının qrup mərhələsində “Lokomotiv” bu gün Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan oyunda komandamız gözlənilən 3 xalı qazanıb.
Belə ki, “Lokomotiv” heç bir setdə rəqibinə şans verməyib. İlk setdə Serbiya çempionunu 4 top fərqi ilə məğlub edən “dəmiryolçular” növbəti hissəni 12 top irəlidə bitiriblər. Sonuncu setdə komandamız güclü olub. Bu dəfə 25:17 hesabı ilə qalib gələn “Lokomotiv” Çempionlar Liqasında debüt ilində qrup mərhələsini lider kimi başa vurub. Onlar 6 oyundan 5-də rəqiblərindən üstün olublar.
Qrupumuzda pley-off üçün 2-ci yer uğrunda “Bank Fakro” (Polşa) və “Dinamo” (Moskva, Rusiya) klubları mübarizə aparırlar.
Çempionlar Liqası
VI tur
11 dekabr
F qrupu
“Lokomotiv” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya) - 3:0 (25:21, 25:13, 25:17)
Hakimlər: Andre Yunqen (Almaniya), Ersin Altıparmaq (Türkiyə)
Bakı, Voleybol Mərkəzi

Lokomotiv | 6 | 5 | 1 | 17-8 | 554-478 | 14 |
Dinamo | 5 | 4 | 1 | 12-9 | 465-427 | 10 |
Bank Fakro | 5 | 2 | 3 | 11-9 | 426-401 | 8 |
Srvena Zvezda | 6 | 0 | 6 | 4-18 | 393-535 | 1 |
0
0