Nuri Şahin mövqeyindən razı deyil
11.12.2012 - 05:45
Nuri Şahin mövqeyindən razı deyil
“Liverpul”un futbolçusu Nuri Şahin baş məşqçi Bredan Rodcersin onu düzgün mövqedə oynatmadığından narazıdır. Apasport.az saytının məlumatına görə, 24 yaşlı oyunçu meydanın mərkəzində müdafiə yönlü oynamağı daha məqsədə uyğun sayır:

“Bütün karyeram ərzində daha arxada çıxış edərkən, burada hücuma meyilli yarımmüdafiədə oynayıram. Bu da mənim üçün bir yenilikdir. Lakin əlimdən gələni komandam üçün əsirgəmirəm. Əgər mənə öz mövqeyimdə çıxış etməyə şərait yaratsalar, onda meydanın mərkəzində müdafiə yönlü oynamağı üstün tutardım. Çünki o hissədə özümü daha rahat hiss edirəm”

Qeyd edək ki, mövsümün əvvəlində “Real”dan “Liverpul”a icarəyə verilən Nuri, Premyer Liqada 7 matçda forma geyinib və 1 qola imza atıb.