“Dinamo” “Bank Fakro”nu üstələdi
12.12.2012 - 00:18
“Dinamo” “Bank Fakro”nu üstələdi
Çempionlar Liqasının qrup mərhələsində “Lokomotiv”in rəqibləri
“Bank Fakro” ilə “Dinamo”da münasibətlərinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Polşada baş tutan matçda Moskva təmsilçisi inamlı qələbə qazanıb.

İlk hissəyə yaxşı başlayan “Bank Fakro” ikinci setdə məğlub olub. Üçüncü setdə rəqibinə qalib gələn meydan sahibləri digər hissələrdə moskvalı həmkarlarına təslim olublar – 2:3.

Bununla da Polşa klubunu üstələyən “Dinamo” “Lokomotiv”lə birgə pley-offa yüksəlib.

“Bank Fakro” - “Dinamo” - 2:3 (25:21, 28:30, 25:17, 16:25, 10:15)