“Atom” “Rabitə”yə yoldaş oldu
12.12.2012 - 02:42
“Atom” “Rabitə”yə yoldaş oldu
Çempionlar Liqasının B qrupunda “Rabitə” ilə birgə pley-offa yüksələn komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Polşa “Atom”u İtaliyanın “Villa Kortese” klubunu darmadağın etməklə ikinci yeri tutub.

Belə ki, onlar 3:0 hesabı ilə qalib gələrək, apenninlilərlə xal fərqini bərabərləşdirsələr də, set fərqində onları qabaqlayıblar.

Qeyd edək ki, “Rabitə” rekord vuraraq mərhələ adlayıb.

Rabitə
6
6
0
18-3
514-421
18
Atom
6
3
3
11-9
463-440
9
Villa Kortese
6
3
3
11-11
484-491
9
Agel
6
0
6
1-18
365-474
0