Mira Qoluboviç: Qələbə seriyamızı davam etdirəcəyik
12.12.2012 - 10:20
Mira Qoluboviç: Qələbə seriyamızı davam etdirəcəyik
“Qrup mərhələsini 100 fazilik nəticə ilə başa vurduğumuz üçün xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə”nin voleybolçusu Mira Qoluboviç deyib.

Serbiyalı legioner Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində Çexiya təmsilçisi “Agel”lə qarşılaşma (3:0) haqda fikirlərini açıqlayıb. Azərbaycan çempionunun kapitanı qrupda qazanılan ardıcıl 6-cı qələbədən məmnunluğunu gizlətməyib: “Pley-offa yüksələn 12 komanda arasında ən yaxşı nəticəyə imza atdığımız üçün sevinirik. Lakin bununla kifayətlənmək niyyətində deyilik. Qələbə seriyamızı növbəti mərhələlərdə də davam etdirəcəyik”.