“Formal xarakter daşıyan oyuna köklənmək həmişə çətin olur”
12.12.2012 - 10:38
“Formal xarakter daşıyan oyuna köklənmək həmişə çətin olur”
“Agel”lə oyun qrup mərhələsində son oyunumuz idi. Qarşılaşmanın heç bir əhəmiyyət kəsb etməməsi işimizi xeyli çətinləşdirmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin son turunun Çexiya “Agel”i ilə oyunu (3:0) haqda fikirlərini açıqlayıb. Təcrübəli çalışdırıcı qrupda ardıcıl 6-cı qələbəsini qazanan yetirmələrindən razı qalıb: “Formal xarakter daşıyan oyuna köklənmək həmişə çətin olur. Bu dəfə də görüşə konsentrasiya olmaq asan deyildi. Lakin biz hər matçda bunu edirik. Çünki hər qarşılaşmaya köklənməliyik”.