Yubiley oyununun ən yaxşısı - FOTO
12.12.2012 - 11:16
Yubiley oyununun ən yaxşısı - FOTO
“Azərreyl”in yubiley – 100-cü oyununun ən yaxşısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında Almaniya “Dresdner”inə 1:3 hesabı ilə uduzduğumuz qarşılaşmanın bombardiri Meqan Hodj olub.

Amerikalı legionerimiz 23 xal toplayıb. Alessandro Çiappininin digər yetirmələrinə gəlincə, Manon Flier 19, Karolina Vensinklə Debbi Stam hərəyə 8, Tina Lipiçer 7, Sara Anzanello 5, Ana Qrbaç 4 və Milena Radeçka 1 xala sevinib.

Rəqibin heyətində isə Yudit Petersen daha məhsuldar olub. O, “Azərreyl”dən 19 xal alıb.

Qeyd edək ki, “Azərreyl” məğlub olsa da, “Əczaçıbaşı”nın “Tauron”a qalib gəlməsi sayəsində pley-offa yüksəlib.