Çexiyalı mütəxəssis Azərbaycan çempionunun rekordundan danışdı
12.12.2012 - 11:27
Çexiyalı mütəxəssis Azərbaycan çempionunun rekordundan danışdı
“Rabitə”nin Çempionlar Liqasının qrup mərhələsində 6 qələbə qazanmaqla rekorda imza atmasına təmsilçimizin rəqibləri də biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun son turda 3:0 hesabı ilə məğlub etdiyi Çexiyanın “Agel” klubunun baş məşqçisi Miroslav Çad qarşılaşmadan sonra məhz rekorddan danışıb.

Mütəxəssis cari mövsümdə heç bir komandanın imza ata bilmədiyi göstəriciyə nail olan “Rabitə”ni bu uğuru münasibətilə təbrik etməyi də lazım bilib: “Rabitə”ni seçmə mərhələdə 6 qələbə qazanmaqla əldə etdiyi rekord münasibətilə təbrik edirəm. Onlar layiq olduqları pley-offa yüksəldilər. Azərbaycan təmsilçisinə növbəti oyunlarda da uğurlar arzulayıram”.