Natalya Məmmədova: Onların başqa yolu da yoxdur
12.12.2012 - 13:10
“Mənə Azərbaycanda oynamaq çox xoşdur. Bu ölkəni çox yaxşı tanıyıram. Bakıda azarkeşlər həmişə məni isti qarşılayırlar”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova deyib.
Hazırda “Omiçka”nın şərəfini qoruyan hücumçu komandası ilə birgə Bakıdadır. Sabah CEV kubokunun 1/4 final mərhələsinin cavab matçında “Bakı-Azəryol”u sınağa çəkəcək Omsk təmsilçisinin üzvü görüş barədə fikirlərini açıqlayıb: “Bu dəfə azarkeşlərin də, böyük ehtimalla hakimlərin də rəğbəti rəqibimizə tərəf olacaq. “Bakı-Azəryol”un voleybolçuları meydana sanki ilk oyundakı məğlubiyyəti unudub çıxacaq. Çünki onların başqa yolu da yoxdur. Bizim komandanın üstünlüyü isə topu oyuna daxiletmə və blokdur. Topun qəbulunda və hücumda daha az səhv etməyə çalışmalıyıq. Əgər evdə keçirdiyimiz ilk matçdakı kimi oyana bilsək, CEV kubokuna iddiamızı davam etdirəcəyik”.
Qeyd edək ki, “Omiçka” ilk oyunda 3:1 hesabı ilə qalib gəlib.

0
0