Bakı klubu növbəti mərhələyə doğru
12.12.2012 - 17:30
Sabah “Bakı-Azəryol” CEV kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Omskda 1:3 hesabı ilə uduzduğu “Omiçka”nı qəbul edəcək.
Görüşün taleyinin “Qızıl set”də müəyyənləşəcəyi gözləniləndir. Çünki evdə uduzmağı sevməyən təmsilçimiz Rusiyadakı məğlubiyyətin əvəzini çıxmağı planlaşdırır. Bundan sonra isə “Bakı-Azəryol” “Çelenc raund” barədə fikirləşə bilər.
Düzdür, Natalya Məmmədovanın da şərəfini qoruduğu “Omiçka” məsələni lotereyaya saxlamaq istəmir. Onlar əsas oyunda sona kimi döyüşüb, qalib gəlməyi planlaşdırırlar. Amma “Bakı-Azəryol” onların bu arzularının reallaşmasına imkan verməyəcəyi və mərhələ adlayacağı halda “İstisadçı”nın da qisasını alacaq.
13 dekabr
CEV kuboku, 1/4 final mərhələsinin cavab oyunu
18:00. “Bakı-Azəryol” (Azərbaycan) - “Omiçka” (Rusiya)
Miora Veronika Papadopol (Rumıniya), Andrey Kovalçuk (Ukrayna)
Bakı, Voleybol Mərkəzi
İlk oyun
“Omiçka” (Rusiya) – “Bakı-Azəryol” (Azərbaycan) - 3:1 (25:17, 20:25, 25:20, 25:12)
Qeyd edək ki, “Omiçka” 1/8 finalda “İqtisadçı”dan güclü olub.

0
0