Çempionlar Liqasında Azərbaycan dueli - YENİLƏNİB
13.12.2012 - 18:39
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqda baş tutan mərasimdə Azərbaycanın “Rabitə”, “Lokomotiv” və “Azerreyl” klublarının da 1/6 finalda kimlə oynayacağına aydınlıq gəlib.
Püşk Azərbaycan çempionuna Fransanın “Kann” klubunu qismət edib. B qrupunda ikinci yeri tutan rəqiblə ilk oyunumuz səfərdə, cavab matçı evdə olacaq. Komandamız mərhələ adlayacağı halda, Kazan və ya Moskva “Dinamo”sunun güclüsü ilə oynayacaq.
“Lokomotiv” və “Azərreyl” isə bir-birinə rəqib olublar. Çempionlar Liqasında Azərbaycan duelinin qalibini “Yamamay” (İtaliya) - “Şveriner” (Almaniya) cütünün güclüsü gözləyəcək. Bu 4 komandanın qalibi “Dördlər finalı”nda ev sahibi ilə qarşılaşacaq.
1/6 final mərhələsinin ilk oyunları yanvarın 15-17-də, cavab matçları 1 həftə sonra olacaq.
1/6 final
1. “Kann” (Fransa) - “Rabitə” (Azərbaycan)
2. “Dinamo” (Kazan, Rusiya) - “Dinamo” (Moskva, Rusiya)
3. “Villa Kortese” (İtaliya) - “Əczaçıbaşı” (Türkiyə)
4. “Atom” (Polşa) - “Vakıfbank” (Türkiyə)
5. “Şveriner” (Almaniya) - “Yamamay” (İtaliya)
6. “Azərreyl” (Azərbaycan) - “Lokomotiv” (Azərbaycan)
1/3 final
2-1
4-3
5-6
1/2 final
“Qalatasaray” (Türkiyə) – 5/6-nın qalibi
2/1 – 4/3
Final
“Qalatasaray” (Türkiyə) – 5/6-nın qalibi - 2/1 – 4/3-ün qalibi
Qeyd edək ki, “Qalatasaray” “Dördlər finalı”na ev sahibliyi edəcəyindən pley-offdan azaddır.

0
0