Millimizin oyunçusu zədədən əziyyət çəkir
13.12.2012 - 13:33
“Aliağa Petkim”in şərəfini qoruyan Azərbaycan yığmasının basketbolçusu Orxan Aydının Türkiyə çempionatında “Beşiktaş”la oyuna çıxması sual altına düşüb. Apasport.az saytının xəbərinə görə, bu barədə məlumatı klubun baş məşqçisi Burak Bıyıktay verib.
O bildirib ki, “ağ-qaralar”la duel öncəsi hər şey qaydasında getsə də, yeganə problem Orxanın hələ də zədədən əziyyət çəkməsidir. Bunun üçün onun meydana çıxması gözlənilmir.
Qeyd edək ki, 13 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşan “Aliağa Petkim”i “Beşiktaş” 1 xal qabaqlayır. Qarşılaşma dekabrın 16-da olacaq.

0
0