“Fənərbaxça” Azərbaycan çempionuna elçi düşdü
13.12.2012 - 17:36
“Fənərbaxça” Azərbaycan çempionuna elçi düşdü
Kişilərdən ibarət Türkiyənin “Fənərbaxça” klubu Azərbaycan çempionuna tapşırıla bilər. Apasport.az-ın Serbiya mətbuatına istinadən məlumatına görə, ötən mövsüm “Rabitə”yə Super Liqa və dünya çempionluğunu qazandıran Zoran Qayiç istanbulluların maraq dairəsinə düşüb.

“Fənərbaxça”nın onunla yanaşı, Rumıniya yığmasının sabiq çalışdırıcısı Stelian Moculesku və İspaniya millisinin baş məşqçisi Fernando Munoz Beniteslə danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, “Rabitə”yə gələnə kimi Qayiç kişi komandalarla işləyib. Çempionlar Liqasında qrup mərhələsini keçə bilməyən “Fənərbaxça”nın baş məşqçisi Daniel Baqnoli isə qovulandan sonra postu boş qalıb. Onların həftə sonuna kimi yeni mütəxəssislə anlaşacaqları gözlənilir.