“Dördlər finalı”nın məkanı bilindi
13.12.2012 - 18:25
“Dördlər finalı”nın məkanı bilindi
Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, buna bu gün Lüksemburqda püşkatma mərasimində aydınlıq gəlib.

Avropa Voleybol Konfederasiyası 2012/2013 mövsümündə həlledici mərhələni “Qalatasaray”a həvalə edib. “Dördlər finalı” martın 9-10-da İstanbulda olacaq.

Qeyd edək ki, “sarı-qırmızılar” pley-off mərhələsindən azad olduğu üçün rəqibini yarımfinalda gözləyir. Ötən il isə “Dördlər finalı” Bakıda keçirilib.