“CEV kubokunun medallarını qazanmaq iqtidarındayıq”
14.12.2012 - 10:14
“CEV kubokunun medallarını qazanmaq iqtidarındayıq”
“Çox istəyirdik ki, 1/4 finalın taleyini “Qızıl set”ə qədər həll edək. Əlbəttə ki, məsuliyyəti hiss edirdik. Buna görə də oyunun əvvəlində bir az çətinlik çəkdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədova deyib.

Rusiyanın “Omiçka” klubunun şərəfini qoruyan hücumçu CEV kubokunun 1/4 final mərhələsinin “Bakı-Azəryol”la cavab oyunu (3:1) haqda fikirlərini açıqlayıb: “İlk 2 set uğurlu alındı. III hissənin sonluğunda səhv etdik, düzünü desəm mən topu oyuna daxil edəndə və hücumda xətaya yol verdim. Amma qızlarımızın hamısına təşəkkür edirəm. Biz toparlanıb 4-cü setdə səhvsiz oynadıq. Çox şadam ki, qalib gəlib CEV kubokunda növbəti mərhələyə yüksələ bildik. Nəhayət ki, Azərbaycan klublarını arxada qoyduq. Turnirin medallarını qazanmaq iqtidarındayıq”.